Ötən il komadan ayılan futbolçunun son durumu açıqlandı

2017-ci ilin iyulun 8-də "Verder"lə yoxlama oyununda ürəyi dayanan və 1 il sonra komadan ayılan "Ayaks"ın futbolçusu Abdelhaq  Nurinin vəziyyəti yaxşılığa doğru gedir.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin qardaşı Əbdürrəhim Niderland televiziyasına bu barədə açıqlama verib:

 

"Yatır, oyanır, yemək yeyir, amma yataqdan dura bilmir. Ötən il komadan ayıldıqdan sonra qaşları ilə bizimlə dialoq qurur. Ailəsi ilə birgə olduğunu başa düşür. Onunla tez-tez danışırıq və oyunları da izləyirik".

 

Mərakeş əsilli niderlandlı oyunçunun "Verder"lə qarşılaşmada ürək ritmi pozulmuşdu. Onun sonradan beynində problem olduğu aşkarlanmışdı. Futbolçu 2018-ci ilin avqustunda komadan ayılmışdı. Nurinin ev şəraitində müalicəsi davam etdirilir.

Tarix: 27 Mart [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio