Hacı Əliyev: “Olimpiadanın təxirə salınmağı düzgün qərardır”

Tokio-2020 yay olimpiya oyunları təxirə salınıb. Yaponiya höküməti ilə danışıq aparan beynəlxalq olimpiya komitəsi tədbirin, ən azı, 1 il ertələnməsi barədə razılaşıb. Buna 2 qədər bir çox lisenziya yarışları da ertələnmişdi. Maraqlıdır, bu qərarlar “dördilliy”ə hazırlaşan idmançıları qane edirmi?

 

Sportal.az xəbər verir ki, güləş üzrə olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev fikrini bölüşüb:

 

“Hər işdə bir xeyir var. Sözsüz, bu xəbərə çox pis oldum. Çünki illərdir durmadan çalişırıq. Amma bu gün Tokio oyunlarinin təxirə salınmağı, fikrimcə, düzgün qərardır. Çünki koronavirusdan bütün aləm əziyyət çəkir və buna görə günahlı, günahsız insanlar dünyalarını dəyişirlər.

 

Mən də bir insan kimi, xalqını sevən oğul kimi isdərdim ki, Allah bu bəladan başda Azərbaycan xalqı olmaqla, bütün dunyanı qorusun və tez bir zamanda hər şey yoluna düşsün. Bu, bir imtahandır, səbir edib sona qədər mübarizə aparmaq lazımdir. Allahdan hər kəsə güc, səbir, ruzi, saglamlıq arzu edirem. Allah qoysa, hər şey yaxşı olacaq. Amin” (allsport.az).

Tarix: 27 Mart [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio