"Yuventus" koronavirusa görə Ronaldonu sata bilər

“Yuventus” koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə probleminə görə hücumçusu Kriştiano Ronaldonu sata bilər.

 

Sportal.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi maliyyə itkisinə görə 35 yaşlı ulduz futbolçuya illik 31 milyon avro ödəməyə davam edə bilməyəcək.

 

Xəbərdə qeyd edilib ki, "qoca sinyora" portuqaliyalı hücumçunu ən azı 70 milyon avroya satmağa hazırdır.

 

Ronaldo bu mövsüm 32 oyunda 25 qol vurub, 4 assist edib.

Tarix: 31 Mart [16:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio