Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

Azərbaycan Televiziyasında uzun illər şərhçilik etmiş, gənc yaşlarından səsi ilə milyonların qəlbini fəth etmiş, 10 ildir fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev də Prezident İlham Əliyevin çağırışına dəstək olub. 

 

Sportal.az xəbər verir ki, o, 1666 manat, qızı Türkay Əliyeva 666 manat və oğlu Tuncay Əliyev 666 manat fonda ianə ediblər.

 

Prezident İlham Əliyevin 19 mart 2020-ci il qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək fondu yaradılıb (qafqazinfo.az).

Tarix: 31 Mart [21:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio