"Real"ın Xames qərarı

17:53 - 1 Aprel 2020

"Real" yarımmüdafiəçi Xames Rodriqesi satmağa hazırlaşır.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Zinəddin Zidan kolumbiyalı yarımmüdafiəçini gələcək planlarında görmür.

 

Madrid təmsilçisi transfer dönəmində 28 yaşlı futbolçunu münasib qiymətə satmağa çalışacaq.

 

Xames bu mövsüm 9 oyunda 1 qol vurub, 1 assist edib. Onun "kral klubu" ilə müqaviləsi 2021-ci ilin iyununda bitəcək.

Xəbər xətti