Farfan maaş endiriminə etiraz etdi: "Rusca yazılan kağızı cırdım"

Moskva "Lokomotiv"inin futbolçusu Cefferson Farfan maaşının 40 faiz azaldılmasından danışıb.

 

Sportal.az xəbər verir ki, perulu ulduz sosial hesabında buna əsəbləşdiyini deyib:

 

"Mənə yalnız rusca yazılan kağız göndərdilər. Anlamadığımız üçün kağızı cırdım. Mənə qarşı pis hərəkət etdilər".

 

Çoxlu tənqidi mesajlar alan 35 yaşlı vinger sosial hesabında öncəki sözlərini yumor məqsədilə ilə dediyini qeyd edib:

 

"Dostum Roberto Quisalo ilə söhbətimdə dediyim sözlər yanlış anlaşıldı. Maaş endirimini bütün futbolçular qəbul edib. Sözlərimi zarafat məqsədi ilə demişəm. Belə günlərdə bir olmalıyıq. Klubumu hər zamankından daha çox dəstəkləyirəm".

 

Farfan 2017-ci ildən "Lokomotiv"də çıxış edir.

Tarix: 12 Aprel [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio