Aleksandr Səmədov azərbaycanlılara səsləndi

14:14 - 17 Aprel 2020

Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Səmədov koronavirusla bağlı Azərbaycandakı vəziyyətdən danışıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi ölkəmizdə ciddi tədbirlərin görüldüyünü deyib:

 

“Azərbaycanda virusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülür. Hər yer bağlıdır, hər şeyə  ciddi şəkildə nəzarət olunur. Dünyanın digər ölkələr kimi Azərbaycan da vəziyyətin öhdəsindən vahid formada gəlməyə çalışır.  Vəziyyətin çətinliyinə  baxmayaraq, azərbaycanlıları bu anı dəyərləndirməyə çağırıram. Əlbəttə ki, bu çətin günlərdə səbrli olmaq və evdə qalmaq vacibdir. Hamısına can sağlığı arzulayıram”.

Xəbər xətti