"Mançester Siti" Perudan futbolçu aldı

Perunun "Alyans" klubu gənc futbolçusu Kluyvert Aqiların "Mançester Siti"yə transfer olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" 16 yaşlı sağ cinah müdafiəçisi üçün təzminat ödəyib. Lima təmsilçisi transfer məbləğini açıqlamayıb. İddialara görə, bu rəqəm 2,85 milyon avrodur.

 

Perulu futbolçu 18 yaşı tamam olduqdan sonra "Mançester Siti"yə qoşulacaq.

 

2021-ci ilin mayın 5-də 18 yaşı tamam olacaq müdafiəçi Perunun U-17 və U-19 millisində çıxış edib.

Tarix: 19 Aprel [10:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 May 2020
28  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio