Mertens "Napoli"ni "Monako"ya dəyişir?

"Monako" "Napoli"nin hücumçusu Dris Mertenslə maraqlanır.

 

Sportal.az "Onze Mondial"a istinadən xəbər verir ki, "knyazlıq klubu" belçikalı futbolçuya indiki maaşının 2 qatını verməyə hazırdır. 32 yaşlı futbolçu Fransa klubuna keçməyə razı olsa, illik 8 milyon avro qazanacaq.

 

"Napoli" Mertensə daha 2 il əməkdaşlığı davam etdirməyi təklif edib. Neapollular təcrübəli hücumçuya illik 4,5 milyon avro məvacib verməyə razıdır. Əgər Mertens mövsüm ərzində 10-dan çox qol vursa, məvacibi 5 milyon avro olacaq. "Napoli" Çempionlar Liqasına vəsiqə əldə etsə, onun maaşı daha 500 min avro artacaq.

 

Mertens bu mövsüm İtaliya A Seriyasında 21 oyunda 6 qol vurub, 5 assist edib.

Tarix: 19 Aprel [16:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio