Əmrə Bəlözoğlu: "Azərbaycana 5 qol vurmuşdum"

12:53 - 11 May 2020

"Fənərbaxça"nın yarımmüdafiəçisi Əmrə Bəlözoğlu "Instagram"da azarkeşlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Arda Turanla yayıma qoşulan 39 yaşlı oyunçu futbola hücumçu kimi başladığını xatırlayıb:

 

"Futbola hücumçu kimi başladım. Aşağı yaş qruplarından ibarət millidəki ilk matçımda Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdik. Bütün qolları mən vurmuşdum. Ən gözəl qolumu İtaliyaya vurdum. 4 futbolçunu aldadıb, toru silkələdim".

 

Xəbər xətti