"Neftçi"də COVID-19-a yoluxan tapılmadı

23:10 - 15 May 2020

“Neftçi” PFK-nın kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib.

 

 

Sportal.az xəbər verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.

 

“Neftçi” PFK-nın bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.

Xəbər xətti