Edinson Kavani "İnter"in hədəfində

12:57 - 20 May 2020

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Edinson Kavani karyerasını "İnter"də davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marsio məlumat yayıb. Milan təmsilçisi "Napoli"nin hücumçusu Dris Mertenslə ortaq məxrəcə gələ bilmədiyi üçün uruqvaylı futbolçunu transfer etməyə çalışacaq.

 

Məlumata görə, "göy-qaralar" 33 yaşlı hücumçu ilə danışığa başlayıb.

 

Kavani bu mövsüm 22 oyunda 7 qol vurub.

 

Xəbər xətti