Mario Balotelli "Breşiya"dan ayrılacaq

10:51 - 21 May 2020

Mario Balotelli mövsümün sonunda "Breşiya"dan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu ilə Türkiyənin "Qalatasaray" və Braziliyanın "Vasko da Qama" klubu maraqlanır. Məlumata görə, hər iki klub oyunçunun agenti Mino Rayola ilə danışıqlara başlayıb.

 

Balotelli 2019-cu ilin yayında azad agent statusu ilə "Breşiya"ya keçib və 3 illik müqavilə imzalayıb. Qana əsilli italiyalı hücumçu A Seriyada 19 oyunda 5 qol vurub.

Xəbər xətti