"Qəbələ" ikiqat maaş təklif etdi və mən pulu seçdim"

Cənubi Koreyanın “Ulsan Hunday” klubunda çıxış edən Deyv Bulthuis 2017-ci ildə “Qəbələ”yə keçidi ilə bağlı danışıb.

 

Sportal.az "Voetbalprimeur"a istinadla xəbər verir ki, 29 yaşlı niderlandlı futbolçu pula görə Azərbaycana gəldiyini deyib:

 

“Nürnberq”dən “Sürix”ə keçə bilərdim, ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim. "Qəbələ"də 4 oyun keçirdim. Orada 11 əcnəbi var idi.  Bu səbəbdən Azərbaycanda çox qalmaq istəmədim. Oynamaq fürsətim az idi. Bu isə idman baxımından az məna kəsb edirdi. Bəzən inəkləri meydandan qovmalı olurduq".

 

Bulthuis "Qəbələ"də 6 ay çıxış edib.

Tarix: 25 May [11:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio