Fərid qələbə iştirakçısı oldu

09:53 - 27 May 2020

Koronavirus pandemiyasına görə iki aydır dayandırılan Çex Respublikasının 2-ci liqasında mövsüm bərpa olunub.

 

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi Jijkov “Viktoriya”sı 18-ci turda səfərdə “Vitkoviçe”yə 1:0 hesabı ilə qalib gəlib.

 

Fərid start heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. Komandanın digər azrəbaycanlı futbolçusu Samir Qurbanovun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

“Viktoriya” 29 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti