Stamenkoviçin xeyirxah addımı Serbiya mətbuatının diqqətində

“Sabah”ın qapıçısı Saşa Stamenkoviç Azərbaycandakı xeyirxah addımı ilə ölkəsi Serbiya diqqət mərkəzinə düşüb.

 

Sportal.az “HotSport” nəşrinə istinadla xəbər verir ki, serb həmkarlar "CBC Sport"un şərhçisi Gündüz Abbaszadənin sosial şəbəkə hesabında təcrübəli qolkiper haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.

 

Gündüz Abbaszadə paylaşdığı postda Saşa Stamenkoviçin koronavirusa yoluxan idman jurnalisti Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu və bundan əlavə, bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.

 

35 yaşlı qapıçı bununla bağlı açıqlama verib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.

 

Tarix: 27 May [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio