Azərbaycan millisinin üzvü Avstriya klubundan ayrıldı

10:21 - 28 May 2020

Avstriyanın "Austriya" klubu Azərbaycanın U-21 millisinin üzvü Barış Ekincier ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Klaqenfurt təmsilçisi icarə əsasında heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçinin  Almaniyanın "Bohum" klubuna qayıdacağını açıqlayıb.

 

Ekincier komanda yoldaşları ilə vidalaşanda ona forma hədiyyə edilib.

 

Barışın "Bohum" ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Xəbər xətti