Premyer Liqanın bərpası ilə bağlı iclas keçiriləcək

21:00 - 29 May 2020

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Sportal.az xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

 

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

 

Xəbər xətti