"Lion" "Vilyarreal"ın hücumçusunu transfer etdi

23:07 - 2 İyun 2020

Fransanın "Lion" klubu "Vilyarreal"dan icarəyə götürdüyü Karl-Toko Ekambinin transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "aslanlar" bu keçid üçün 11,5 milyon avro təzminat ödəyib. Daha 4 milyon avro isə bonuslar şəklində veriləcək. 27 yaşlı hücumçu ilə 4 illik saziş imzalanıb.

 

"Vilyarreal" Kamerun millisinin üzvünü 2018-ci ildə "Anje"dən 18 milyon avroya transfer etmişdi. Ekambi qış fasiləsində "Lion"a icarəyə verilmişdi.

Xəbər xətti