Balotelli MLS klubuna keçə bilər

00:00 - 3 İyun 2020

"Breşiya"dan göndərilməsinə qərar verilən Mario Balotelli karyerasını ABŞ-da davam etdirə bilər.

 

Sportal.az "Corriere della Sera" nəşrinə istinadla xəbər verir ki, MLS təmsilçisi "Los-Anceles Qalaksi" klubu 29 yaşlı hücumçunun agenti Mino Rayola ilə əlaqə saxlayıb. Əgər danışıqlar uğurlu alınsa, İtaliya millisinin üzvü okeanın o tayına köçəcək.

 

"Breşiya"nın prezidenti Massimo Çellino hücumçu ilə yolların ayrılacağını bəyan etmişdi. Balotelli bu mövsüm A Seriyasında 19 oyunda 5 qol vurub.

Xəbər xətti