Lallana "Liverpul"dan ayrılır

13:35 - 5 İyun 2020

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatacaq Adam Lallana ilə yeni sözləşmə bağlamayacaq.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçiyə azad agent statusu veriləcək. İngiltərə millisinin üzvü ilə "Lester Siti" maraqlanır.

 

"Tülkülər"in baş məşqçisi Brendan Rocers "Liverpul"da rəhbərliyi altında oynamış futbolçunu sərəncamında görmək istəyir.

 

Məlumata görə, Lallana ilə ilkin danışıqlar baş tutub.

 

"Liverpul" Lallananı 2014-cü ildə "Sauthempton"dan 25 milyon funt-sterlinqə transfer edib.

Xəbər xətti