Kubok oyunlarında əlavə vaxt olmayacaq

13:00 - 11 İyun 2020

İtaliya kubokunun yarımfinal və final oyunlarında əlavə vaxt olmayacaq.

 

Sportal.az xəbər verir ki, əsas vaxtda qalib müəyyənləşməsə, komandalar penaltilər seriyasında qalibi bəlli edəcək.

 

Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda "Milan" və "Juventus", ikinci qarşılaşmada isə "Napoli" ilə "İnter" qarşılaşacaqlar. Final isə iyunun 17-də baş tutacaq.

Xəbər xətti