"Keşlə"də daha bir müqavilə

“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Miyuşko Boyoviçlə sözləşməni uzadıb. Monteneqrolu futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb. 

 

31 yaşlı futbolçu 2019-cu ildə Macarıstanın "Uypeşt" klubundan "Keşlə"yə keçib. O, ötən mövsüm 19 oyunda 2 qol vurub.

Tarix: 24 İyun [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Avqust 2020
10  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio