"İnter" rəsmisi Əşrəf Hakiminin transferini təsdiqlədi

İtaliyanın "İnter" klubunun CEO-su Cüzeppe Moratta "Real"ın müdafiəçisi Əşrəf Hakimini transfer etməyə hazırlaşdıqlarını deyib.

 

Sportal.az "Sky Sport"a istinadla xəbər verir ki, o, keçidi tamamlamaq üzrə olduqlarını söyləyib:

 

"Hakimini ilə anlşmaq üzrə olduğumuzu təsdiq edirəm. "Zhang" ailəsi klubumuza önəmli futbolçular qazandırmağa davam edir".

 

Milan təmsilçisi mərakeşli futbolçunun keçidi üçün 40+5 milyon avro təzminat ödəyəcək. Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir.

 

Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. O, ötən mövsüm 45 oyunda 9 qol vurub, 10 assist edib.

Tarix: 29 İyun [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 İyul 2020
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio