Vaqif Cavadov: "Roy Kin? Yerli məşqçi daha məntiqəuyğundur"

13:22 - 1 İyul 2020

"Millimizə indiki durumda yerli baş məşqçinin rəhbərlik etməsi daha məntiqəuyğundu. Ölkəmizdə bir-iki mütəxəssis var ki, həmin adlar yığmaya "yeni nəfəs" gətirə bilər".

 

Sportal.az xəbər verir ki, bunu fanat.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov deyib.
 

O, məşhur veteran - Roy Kinin AFFA-nın müəyyənləşdirdiyi namizədlərdən biri olmasına da münasibət bildirib:

 

"Əlbəttə, Britaniya futbolu ilə Azərbaycan futbolu arasında uyğunluq tapmaq çətindi. Kinin necə məşqçi olduğunu bilmirəm. Statistikalardan xəbərim var. Amma dəqiq fikir bildirmək üçün daha çox bilmək lazımdı. Yəqin ki, adına görə təklif alıb. Hamımız bilirik ki, ulduz futbolçu olub. Həm də namizədlərdən biri olması hələ baş məşqçi postuna təyin edilməsi demək deyil. Dediyim kimi, bu gün yerli baş məşqçi daha çox fayda verər. Yox, əcnəbi gətirəcəklərsə, tələbkar, işinə məsuliyyətlə yanaşan birini tapmalıdılar".

Xəbər xətti