Aqolli ABŞ klubu ilə yeni müqavilə imzaladı

11:20 - 7 İyul 2020

ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqollinin başa çatan müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi daha bir mövsüm aşağı liqa klubunda çıxış edəcək.

 

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. Albaniya millisinin keçmiş üzvü 2019-cu ildə ABŞ klubuna keçmişdi.

Xəbər xətti