Rəqibin qolunu dişləyən futbolçunun cəzası açıqlandı

11:11 - 9 İyul 2020

İtaliya A Seriyasının 31-ci turunda "Leççe" ilə səfər görüşündə rəqibin qolunu dişləyən "Latsio"nun futbolçusu Patrisio Qabarronun cəzası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 90+3-cü dəqiqədə Culio Donatini dişləyən ispaniyalı müdafiəçiyə 4 oyunluq cəza verilib. 27 yaşlı futbolçu 10 min avro cərimə də ödəyəcək.

 

"Latsio" səfərdə keçirilən görüşdə 1:2 hesabı ilə uduzmuşdu.

Xəbər xətti