"Borussiya" hücumçusunu 2 milyon avroya satır

"Borussiya" hücumçusu Andre Şürrleni transferə çıxarıb.

 

Sportal.az "Westfalischer Anzeiger" nəşrinə istinadla xəbər verir ki, Dortmund təmsilçisi 29 yaşlı hücumçunu hətta 2 milyon avroya da satmağa razıdır.

 

Çünki 2021-ci ilə qədər müqaviləsi olan almaniyalı futbolçunun mövsümlük maaşı 7,5 milyon avrodur. Artıq yükdən qurtulmaq istəyən Bundesliqa təmsilçisi Şürrleni satış siyahısına qoyub.

 

"Borussiya" Andre Şürrleni 2016-cı ildə "Volfsburq"dan 30 milyon avroya transfer edib. O, son mövsümü icarə əsasında Rusiyanın "Spartak" klubunda keçirib.

Tarix: 9 İyul [11:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio