Avropa Liqası: 1/4 finalın püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, 1/4 finalın püşkü aşağıdakı kimidir:

 

1. "Şaxtyor" (Ukrayna) / "Volfsburq" (Almaniya) - "Bazel" (İsveçrə) - "Ayntraxt" (Almaniya)
2. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - "Kopenhagen" (Danimarka) / "Başakşəhər" (Türkiyə)
3. "İnter" (İtaliya) / "Xetafe (İspaniya) - "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya)
4. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - "Roma" (İtaliya) - "Sevilya" (İspaniya)

 

Yarımfinal
4-cü cütün qalibi - 2-ci cütün qalibi

3-cü cütün qalibi - 1-ci cütün qalibi

 

1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda Almaniyada keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Almaniyanın Köln şəhərində baş tutacaq. Qalib 1 oyundan sonra müəyyənləşəcək.

 

1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.

Tarix: 10 İyul [15:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio