"Çelsi" 10 futbolçunu satmağa hazırlaşır

09:41 - 5 Avqust 2020

İngiltərə Premyer Liqasında mövsümü 4-cü yerdə başa vuran "Çelsi" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi 10 futbolçunu satış siyahısına qoyub. Bunlar qapıçı Kepa Arrisabalaqa, yarımmüdafiəçilər - Jorjinyo, Timue Bakayoko, Denni Drinkuoter, müdafiəçilər - Emerson, Andreas Kristensen, Viktor Mozes, Kurt Zuma, Antonio Rüdiqer və hücumçu Mişi Batşuayidir.

 

Komandanın çalışdırıcısı Frenk Lempard bu oyunçuları gələcək planlarında görmədiyini klub rəhbərliyinə bildirib.

Xəbər xətti