"Qəbələ" bombardiri ilə anlaşdı

"Qəbələ" daha iki əcnəbi futbolçunu komandada saxlaya bilib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” 27 yaşlı sloveniyalı hücumçu Nikolas Raysel və fransalı yarımmüdafiəçi Abdelrafik Jerarı komandada saxlayıb. Müqaviləsi başa çatan hər iki futbolçu ilə 2020/21 mövsümünün sonuna qədər razılıq əldə olunub. 


27 yaşlı Jerar qış fasiləsində bölgə klubuna keçib və keçirdiyi 4 oyunda 1 məhsuldar ötürmə edib. Raysel də "Qəbələ"yə ötən mövsümün yanvarında keçirib. O, 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 5 Avqust [10:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio