"Alaves"də Pablo Maçin dönəmi

17:58 - 5 Avqust 2020

İspaniyanın "Alaves" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Pablo Maçin çalışdıracaq. 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

İspaniyalı çalışdırıcı "Numansiya", "Jirona", "Sevilya", "Espanyol" və "Tsindao Hayno" (Çin) klublarının baş məşqçisi olub.

Xəbər xətti