"Yuventus"dan MLS klubuna keçdi

13:04 - 11 Avqust 2020

"Yuventus"un futbolçusu Bleyz Matuidi karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Mayami İnter"lə anlaşıb. Devid Bekhemin sahibi olduğu MLS klubu 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.

 

Matuidi ötən mövsüm keçirdiyi 45 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti