Fərid böyük hesablı qələbədə iştirak etdi

00:08 - 31 Avqust 2020

Çexiya II Liqasında II turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" öz meydanında "Visehrad"a qalib gəlib - 3:0.

 

Fərid 74-cü dəqiqədə meydana buraxılıb.

 

2 tura maksimum - 6 xal toplayan "Viktorya" çempionatın liderlərindən biridir.

Xəbər xətti