Ötən mövsüm "Qarabağ"da oynayan futbolçu ilə bağlı qərar verildi

“Qarabağ”ın futbolçusu Aylton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart” klubundakı gələcəyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu 25 yaşlı sol cinah müdafiəçisini gələcək planında görmür. Bu barədə komandanın çalışdırıcısı Pelleqrino Matarazzo məlumat verib. 42 yaşlı mütəxəssis braziliyalı futbolçuya klub tapmalarını tapşırdıqlarını bildirib.

 

2017-ci ildə 2,5 milyon avroya "Eştoril"dən transfer edilən braziliyalı futbolçu 3 dəfə icarəyə verilib. Silva ötən mövsümü Azərbaycan çempionu "Qarabağ"da keçirib. O, Ağdam klubunda keçirdiyi 27 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Ayltonun "Ştutqart" ilə 2021-ci ilin iyunun 30-dək sözləşməsi var.

Tarix: 10 Sentyabr [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Oktyabr 2020
25  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio