Milik "Roma" yolunda

14:32 - 15 Sentyabr 2020

"Roma" "Napoli"nin hücumçusu Arkadiuş Miliki transfer etmək üçün təklif göndərib.

 

Sportal.az "SKy Italia"ya istinadla xəbər verir ki, "canavarlar" 26 yaşlı hücumçunun keçidi üçün 25 milyon avro və bonuslar ödəməyi qəbul edib.

 

Paytaxt təmsilçisi hazırda hücumçusu Edin Cekonun "Yuventus"a transferinin tamamlanmasını gözləyir. Bosniyalı futbolçunun Turin təmsilçisinə keçidi reallaşdıqdan sonra Milik "Roma"ya qoşulacaq.

 

Polşalı hücumçu ötən mövsüm keçirdiyi 34 oyunda 14 qol vurub. "Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.

Xəbər xətti