"Lokomotiv"dən Mancukiçə təklif

16:56 - 15 Sentyabr 2020

Moskva "Lokomotiv"in Qətərin "Əl-Duhail" klubundan ayrılan xorvatiyalı futbolçu Mario Mancukiçlə müqavilə imzalaya bilər.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 34 futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. Moskva klubu təcrübəli hücumçuya illik 2,7 milyon avro maaş təklif edib.

 

Mancukiçin Rusiya klubunun təklifini dəyərləndirmək fikrində olduğu bildirilir. Xorvatiyalı oyunçu "Dinamo" (Zaqreb), "Volfsburq", "Bayern" (Münhen), "Atletiko" və "Yuventus" kimi klublarda çıxış edib.

Xəbər xətti