"Latsio" Muriki transferini açıqladı

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 20 milyon avrosundan keçib.

 

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq.

 

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Tarix: 16 Sentyabr [01:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2020
23  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio