Fatih Terim: "Bakıya qələbə üçün gedirik"

13:42 - 16 Sentyabr 2020

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray"ın baş məşqçisi Fatih Terim açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, matça ciddi yanaşdıqlarını deyib:

 

“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvlərin bağışlanmayacağı 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".

 

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Xəbər xətti