80(0)!

Azərbaycan Premyer Liqasının III turu iki komanda üçün yubileylə əlamətdar olacaq.

 

Sportal.az PFL-ə istinadla xəbər verir ki, bütün çempionatların iştirakçısı olan “Qarabağ”la “Neftçi” əvvəl güclülər dəstəsi, sonradan Premyer Liqa adlanan yarışda 800-cü oyununa çıxacaq. Yarışın tarixində ən çox matç keçirən iki komanda bu turda bir-biri ilə üz-üzə gələcək.

 

“Azərsun Arena”da baş tutacaq görüşdə 800-cü dəfə meydana çıxacaq rəqiblər indiyədək 29 çempionatda 799 matç keçirib. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda “Qarabağ”la “Neftçi” indiyədək eyni sayda - 1530 xal toplayıb.

 

Qələbə sayında “Neftçi” “Qarabağ”dan üstündürsə, heç-heçələrdə ağdamlılar öndədir. Paytaxt təmsilçisi daha çox uduzsa da, vurulan qol sayında və top fərqində rekordçudur. Eyni sayda oyunda eyni xal toplayan komandaların buraxdığı qollarda da tarazlıq hökm sürür.

 

800-cü oyun həm də iki rəqibin bir-biri ilə 80-ci matçı kimi tarixə düşəcək. Yəni, klublar keçirdiyi qarşılaşmaların 10 faizini öz aralarında oynayıb. Bu görüşlərdə “Qarabağ” 29, “Neftçi” 20 qələbə qazanıbsa, 30 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlılar üstündür – 84:71.

 

klub

O

Q

H

M

T

T/F

X

Neftçi

799

451

177

171

1367-621

+746

1530

Qarabağ

799

448

186

165

1206-621

+585

1530

Tarix: 16 Sentyabr [16:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2020
26  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio