Qaret Beyl "Tottenhem"də

01:27 - 17 Sentyabr 2020

"Tottenhem"in "Real"ın futbolçusu Qaret Beyli satın alma şərti ilə icarəyə götürüb.

 

Sportal.az "Daily Mail"ə istinadla xəbər verir ki, uelsli futbolçunun bir mövsüm ərzində maaşı 15 milyon avro olacaq. Transferin növbəti həftə rəsmiləşəcəyi gözlənilir. 

 

"Real" 31 yaşlı futbolçunu 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer edib.

Xəbər xətti