"Keşlə" Cavid İmamverdiyevin müqaviləsini ləğv etdi

13:55 - 18 Sentyabr 2020

“Keşlə” Cavid İmamverdiyevlə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

30 yaşlı futbolçu "Sumqayıt"la 1 illik razılığa gəlib.

Xəbər xətti