Morata "Yuventus"a, Suares "Atletiko"ya

"Yuventus" "Atletiko"nun hücumçusu Alvaro Moratanı icarəyə götürüb. 

 

Sportal.az "Deportes Cuatro"ya istinadla xəbər verir ki, o, Turin klubunda bir mövsüm çıxış edəcək. Morata son aylarda Dieqo Kostanın kölgəsində qaldığı üçün komandanın baş məşqçisi Dieqo Simeonedən narazıdır. Həyat yoldaşı italiyalı olan ispaniyalı hücumçu bu səbəbdən "qoca sinyora"ya qayıtmağa qərar verib.

 

27 yaşlı hücumçu 2014-2016-cı illərdə "Yuve"də çıxış edib. O, A Seriyasında keçirdiyi 63 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə etmişdi.

 

Madrid təmsilçisi isə "Barselona"nın 33 yaşlı uruqvaylı hücumçusu Luis Suaresi rənglərinə bağlayıb. "Hindular" bu keçidi tezliklə açıqlayacaq.

Tarix: 21 Sentyabr [15:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio