Luis Suares "Atletiko"da

"Barselona"nın futbolçusu Luis Suares "Atletiko" ilə müqavilənin detallarını razılaşdırıb.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə 2 illik razılığa gəlib. "Hindular" uruqvaylı futbolçunun performansına görə qarşı tərəfə bonuslar ödəyəcək.

 

Təcrübəli hücumçu madridlilərdən "Yuventus"a icarə əsasında keçən Alvaro Moratanın yerinə komandaya qoşulacaq.

 

Suares ötən mövsüm "Barsa"da keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

Tarix: 23 Sentyabr [00:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio