"Zirə" "Keşlə"yə, "Səbail" "Sabah"a qalib gəldi - YENİLƏNİB

21:42 - 26 Sentyabr 2020

Azərbaycan Premyer Liqasında IV tur davam edir. Sportal.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.

 

Əvvəlcə "Səbail" öz meydanda Sabah"ı qəbul edib. Qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:1.

 

Digər oyunda "Zirə" "Keşlə"nin qonağı olub və 3:2 hesablı əzmkar qələbə qazanıb. 

 

Azərbaycan Premyer Liqası
IV tur

 

18:00 “Səbail” – “Sabah” - 2:1

Qollar: Əfran İsmayılov, 56 (pen.), Rauf Əliyev, 71 - Ramil Şeydayev, 27 (pen.)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

 

20:15 “Keşlə” – “Zirə” - 2:3

Qollar: Silvio Rodriqes, 11, Dmitro Klots, 54 - Klesio Bauk, 21, 69, Davit Volkov, 79 (pen.)

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

Xəbər xətti