Çempionlar Liqası: 3 komanda qrup mərhələsində

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gün 3 oyun keçirilib. III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə edib - 0:0. Norveçdə keçirilən ilk oyun 3:3 hesablı bərabərliklə bitdiyi üçün Macarıstan təmsilçisi səfər qolları ilə qrup mərhələsinə yüksəlib.

 

Yunanıstanın “Olimpiakos” klubu Kipr təmsilçisi “Omoniya”nı, Kiyev “Dinamo”su isə Belçika “Gent”ini mübarizədən kənarlaşdırıb və qrup mərhələsinə adlayıb.

 

Pley-off mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

 

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

29 sentyabr

 

"Omoniya" (Nikosiya, Kipr) – "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun – 0:2

 

"Ferentsvaroş" (Macarıstan) – "Molde" (Norveç) - 0:0
İlk oyun – 3:3

 

"Dinamo" (Kiyev, Ukrayna) – "Gent" (Belçika) 3:0
İlk oyun – 2:1.

Tarix: 30 Sentyabr [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio