"Sivasspor"un hücumçusu: "Rəqibin kimliyi bizim üçün fərq etmir"

00:48 - 10 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan Türkiyənin "Sivasspor" klubunun hücumçusu Aruna Kone Türkiyə mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, açıqlamasında maksimum xal toplayacaqlarını bildirib:

 

"Çətin qrup mərhələsi bizi gözləyir, ancaq bu qrupdan çıxacağımıza inanıram. Çox yaxşı hazırlaşırıq. "Vilyarreal" qrupun favoritidir, Bakka, Pako Alkazer, Parexo kimi güclü futbolçulara malikdir, Bakka çox yaxşı hücumçudur, bu futbolçuların hamısı oyunu dəyişdirəbiləcək oyunçulardır. Amma bizim üçün bunlar fərq etməz, hər oyuna böyük bir arzuyla çıxacağıq. "Sivasspor" ilk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edir, ona görə klub olaraq çox həyəcanlıyıq və uğurlu nəticə əldə etmək istəyirik. Buna görə də, rəqibin kimliyi bizim üçün fərq etmir, maksimum xalı toplayacağıq".

Xəbər xətti