"Qarabağ" məğlubiyyətlə başladı - YENİLƏNİB

00:53 - 23 Oktyabr 2020

Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb. I qrupunda yer alan Ağdam klubu İsraildə "Makkabi"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Qrupun digər oyununda "Vilyarreal" "Sivasspor"u qəbul edib. 8 qolun vurulduğu matçda İspaniya klubu qalib gəlib - 5:3.


Avropa Liqası
Qrup mərhələsi, I tur

22 oktyabr

I qrupu

23:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" (Azərbaycan) - 1:0

Qol: Yonatan Kohen, 10


Baş hakim: Con Biton (Şotlandiya)
Tel-Əviv. "Blumfeld" stadionu

Xəbər xətti