"Qarabağ"la harda oynamağımızın fərqi yoxdu, biz qardaşıq"

11:41 - 22 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilə harda oynamağın fərqinin olmadığını söyləyib:

"Hər şeydən əvvəl baş verənlər üzücüdü. Burada əsas olan futbol deyil, müharibənin bitməsidi. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harda oynamağımızın fərqi yoxdu. Bütün matçlara final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycan ilə qardaşıq".

Xəbər xətti