Yığma Polşa ilə üz-üzə

12:28 - 23 Oktyabr 2020

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. 

Komandamız Varşavada saat 19:00-da Polşa millisi ilə qarşılaşacaq. Oyunu sloveniyalı hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı, seçmə mərhələ
23 oktyabr

19:00. Polşa - Azərbaycan

Baş hakim: Tanya Subotiç
Baş hakimin köməkçiləri: Helena Buh, Sladyana Yoviçiç
Dördüncü hakim: Aleksandra Çesen

Xəbər xətti